ABŞ və Aİ Rusiyaya qarşı yeni sanksiyalara hazırlaşır

ABŞ prezidenti Barak Obama və AB ölkələrinin liderləri Ukraynanın şərqində Minsk razılaşmasının şərtlərinə əməl olunmayacağı və rusiyameylli separatçıların hücuma başlayacağı təqdirdə Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi barədə razılığa gəliblər.

"Liderlər Minsk razılaşmalarının uğurla və tam həcmdə yerinə yetirilməsinə ümid ifadə ediblər. Onlar razılığa gəliblər ki, artıq mövcud olan sanksiyaların zəiflədilməsi bu razılaşmaların tam yerinə yetirilməsindən birbaşa asılı olacaq," Ağ evin bəyanatında deyilir.

İtaliya, ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, habelə Avropa şurası başçıları sanksiya məsələsi ilə bağlı videokonfrans gedişində razılığa gəliblər. /BBC

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar