Moskva restoranları çökür

Rusiya paytaxtında 30 faizədək restoran bağlanmaq təhlükəsi ilə üzləşib

Dünya bazarında neftin qiymətinin düşməsi və Qərbin sanksiyaları Rusiya iqtisadiyyatına ciddi zərbə vurur və bu sahənin tənəzzülünə səbəb olur. Moskvadakı yüzlərlə restoranın bağlanması və bağlanmaq üzrə olması bunun real göstəricisidir. Anspress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Moskvada və ətraf regionlarda restoran sahibləri ərzaq qiymətlərinin bahalaşmasına görə müştərilərin azalması və kirayə borclarını ödəyə bilməmək kimi problemlərlə üzləşir.

Ümumiyyətlə, Moskvada adi restoranların sayı son 10 ildə xeyli artmışdı. Lakin Rusiyanın iqtisadi tənəzzülü, rublun dəyərinin düşməsi və inflyasiyanın artması restoran biznesini demək olar, sıradan çıxarıb.

Rusiya Federasiyası Restoranlar və Otellər (FRİO) təşkilatının prezidenti İqor Buxarov deyib ki, bu il Rusiya paytaxtında 30 faizədək restoran bağlanmaq təhlükəsi ilə üzləşib. Restoranlar yalnız icarə haqqının bahalığı və ya ərzaq qiymətlərinin artmasına görə bağlanmır, bizim insanlar restorana yalnız yemək üçün deyil, vaxt keçirmək üçün gəlir.

Onun sözlərinə görə, restoran sahiblərinin çoxu icarə haqqını dollar və ya avro ilə ödədikləri üçün Rusiya valyutasının dəyərinin düşməsi onların ödənişini iki dəfə artırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar