"YENİ RUSİYA" NEMTSOVUN QƏTLİNİ ÖZ ÜZƏRİNƏ GÖTÜRDÜ - Video

Özlərini “Yeni Rusiya” adlandıran terrorçu qruplaşma Boris Nemtsovun qətlini öz üzərinə götürüb. Axar.az xəbər verir ki, 3 maskalı gənc bu barədə sosial şəbəkədə video yayımlayıb.

Onlar Nemtsovun Rusiyaya xəyanət etdiyini bildiriblər:

“Biz “Yeni Rusiya” partizanları, “Rusiç” təxribat və hücum kəşfiyyat qrupu (DŞRQ) Moskvada keçirilməsi gözlənilən 1 mart mitinqi ərəfəsində Nemtsovun cəzasını vermək qərarına gəldik. O, həyatı boyu dövlətimizi və xalqımızı satdı. O, Donbasda xalqımızı öldürənləri dəstəklədi. Bu bizim ilk aksiyamızdır. Əgər kimsə, bundan sonra Nemtsovun yolu ilə gedərsə, eyni cəzanı alacaq”.

Rusiya hüquq mühafizə orqanları isə bu bəyanata hələlik heç bir reaksiya verməyib.

Qeyd edək ki, Boris Nemtsov fevralın 27-də saat 23:40-da Moskvanın mərkəzində naməlum şəxslər tərəfindən qətlə yetirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar