“Qarabağda” təsadüfi müharibə» təhlükəsi var»

Sabina Freyzer231105-bigSabina Freyzer: «Təmas xəttində gərginliyin artması 2014-cü ildən hiss olunur»

Vəfa Quluzadə: «Qarabağda müharibə yalnız Kremlin işarəsi ilə başlaya bilər»

Cəbhə xəttindəki gərginlik beynəlxalq aləmin də gündəmindədir. Atəşkəsin intensiv şəkildə pozulması müharibəni qaçılmaz edə bilər. Beynəlxalq ekspertlər bu fikirdədir. “Ermənistan və Azərbaycan arasında təmas xəttində gərginliyin artması böyük narahatlıq yaradır. Bu, müharibə təhlükəsinin son dərəcədə artdığını göstərir”.

Bu barədə Beynəlxalq Böhran Qrupunun Avropa proqramları üzrə direktoruÿ Sabina Freyzer deyib. Onun sözlərinə görə, təmas xəttində gərginliyin artması 2014-cü ildən hiss olunur: “Sanki tərəflər bir-birini sınağa çəkir, lakin bu çox risklidir. Dağlıq Qarabağda həmişə ”təsadüfi müharibə" təhlükəsi mövcuddur. Etibarın artması üçün təklif olunan güzəştlər bu və ya digər formada qəbul olunmur. Ermənistan Dağlıq Qarabağ və ətraf rayonları güzəşt etmək istəmir".

S.Freyzerə görə, Dağlıq Qarabağla bağlı danışıqlar 2011-ci ildə dalana dirənib: “Həmin vaxt tərəflər Kazanda görüşdülər və 2005-ci ildə danışıqlar mövzusu olan əsas prinsiplərdə razılığa gələ bilmədilər. Son uğursuzluqdan sonra Azərbaycan və Ermənistan prezidentləri üç dəfə görüşdü. Lakin heç bir irəliləyişə nail olunmayıb. Hazırda danışıqlar üçün əsas məsələ həmsədrlərin təklif etdiyi və uzunmüddətli həll variantı olan əsas prinsiplərə yenidən qayıtmaqdır”.

Vefa QPolitoloq Vəfa Quluzadə S.Freyzerin Qarabağ müharibəsi ilə söylədiyi fikirləri yanlış sayır. V.Quluzadəyə görə, Qarabağda hərbi əməliyyatların bərpası “təsadüfi” baş verə bilməz: “Qarabağda müharibə təsadüfən heç zaman baş verə bilməz. Ermənistan Rusiyanın bir hissəsidir. Qarabağ probleminin həll olunmasına Rusiya imkan vermir. Ermənistanın ”mərhələli sülhə" razılıq verməsi bu ölkənin parlamentində güləbaranın olması ilə nəticələndi. Bununla da 99-cu ildə sülhün imzalanmasının qarşısı alındı. Ona görə Qarabağda “təsadüfi” hərbi əməliyyatlar gedə bilməz. Qarabağda müharibə yalnız Kremlin işarəsi ilə başlaya bilər".

V.Quluzadə hesab edir ki, amma Qarabağda hərbi əməliyyatların bərpa olunmasını Rusiya “təsadüfi” müharibə kimi təqdim etməyə çalışa bilər. Amma münaqişə Rusiyanın nəzarəti altındadır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar