Azərbaycan ərəb ölkələrinə silah satacaq

Azərbaycan bir neçə ərəb ölkəsinə silah, sursat ixrac edəcək. Həmin ölkələr əsasən qumbaraatanlar, onların döyüş sursatları, habelə müxtəlif çaplı atıcı silahlar üçün döyüş sursatları ilə maraqlanırlar.

Bu barədə azeridefence.com-a müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Nazirin dediyinə görə, fevralın 22-dən 26-dək Abu-Dabi şəhərində keçirilmiş IDEX-2015 sərgisində bir neçə ərəb dövlətindən sifarişlər alınıb.

«Ərəb regionu bu gün dünya müdafiə sənayesi üçün perspektiv bazardır. Bu bazarda bizim də marağımız var», - Yavər Camalov bildirib.

«Yaxın vaxtlarda tələb olunan məhsullarının testləri keçiriləcək və ixrac müqaviləsi imzalanacaq» - o, əlavə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar