Roberto Karlos Ermənistana gedir

Braziliyalı futbolçu Ermənistanda yoldaşlıq matçında iştiraka razılıq verib

Braziliya yığmasının və "Real Madrid"in əfsanəvi futbolçusu Roberto Karlos Ermənistana gedəcək. ANS PRESS-in məlumatına görə, braziliyalı ulduz Ermənistanın "Ararat" klubunun və SSRİ yığmasının yarımmüdafiəçi Xoren Ohanesyanın 60-cı illiyinə həsr edilmiş yoldaşlıq matçında iştiraka razılıq verib.

Yoldaşlıq oyunu 28 mart tarixində baş tutacaq.

Erməni futbolçunun xatirəsinə keçirilən matçda italiyan dünya çempionları Qatuzzo və Marko Materazzi, bolqar futbolunun əfsanə futbolçusu Xristo Stoiçkov da iştirak edəcək.

Yoldaşlıq matçında həmçinin, Vensan Kandela, Yari Litmanen və Patrik Berqer kimi tanınmış futbolçular da yer alacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar