İranlı komandir Suriyada öldürüldü

İranlı komandir Suriyada müxaliflərə qarşı döyüşlərdə öldürülüb. Musavat.com-un məlumatına görə, İran inqilab qvardiyasına bağlı Fatimiyyün biriqadalarının komandiri Əli Rza Təvəssuli Dəraa şəhərində gedən döyüşlərdə öldürülüb. İranın rəsmi xəbər agentliyi “Fars”da bildirilib ki, döyüşdə briqadanın komandiri Təvəssuli, onun köməkçisi Rıza Baxşi və beş iranlı əsgər ölüb.

Xatırladaq ki, İran əvvəllər Suriya və İraqda gedən döyüşlərdə iştirak etmədiyini bildirsə də sonrada müqəddəs yerləri qorumaq üçün bəzi bölgələrdə könüllülərin iştirak etdiyini açıqlamışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar