Azərbaycan Bolqarıstanla strateji tərəfdaş oldu

Martın 4-də Sofiyada Azərbaycan prezidenti İlham Əliyevin Bolqarıstan prezidenti Rosen Plevneliyev ilə təkbətək görüşü olub.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, humanitar, mədəni və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana rəsmi səfərinin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi işinə böyük töhfə verəcəyi qeyd olunub. Əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivin və yaxşı imkanların olduğu bildirilib.

Söhbət zamanı ikitərəfli münasibətlər və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonra prezident İlham Əliyevin Bolqarıstan prezidenti Rosen Plevneliyev ilə geniş tərkibdə görüşü olub. Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında strateji əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu qeyd edilib. Görüşdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı, investisiya qoyuluşu, energetika, TAP və TANAP strateji layihələri, informasiya-kommunikasiya texnologiyaları, əczaçılıq, ərzaq məhsulları, turizm, infrastruktur və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Geniş tərkibdə görüş başa çatdıqdan sonra İlham Əliyev və Rosen Plevneliyev “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”ni imzalayıb. /AzərTAc

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar