İŞİD yaraqlıları mühasirəyə alınır

İraq ordusu işə şiə döyüşçülər İslam Dövləti yaraqlılarını Tikrit şəhərində mühasirəyə almağa çalışırlar.

İkinci gündür ki, şəhəri geri qaytarmaq uğrunda əməliyyat keçirilir.

Əməliyyatlarda 30 minlik canlı qüvvə, təyyarə və vertolyotlardan istifadə edilir.

Bu şəhər Bağdadən 130 kilometrliyində yerləşdir.

Hərbçilər xeyli irəlilədiklərini, amma mina və snayperlərə görə, şəhərin girəcəyində yavaşıdıqlarını deyirlər.

İraq ordusu həmçinin Tikritin ətrafındakı Al Dour və Al-Alam kəndələrini ələ keçirməyə çalışırlar.

Məlumatlara görə əməliyyatların koordinasiyasında iranlı general da iştirak edir.

ABŞ baş qərargah rəisləri birləşmiş komitəsinin rəhbəri Martin Dempsey martın 3-də bildirib ki, İranın Tikritdə rolu dini gərginliyi artırmasa müsbət ola bilər. /"Azadlıq" radiosu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar