4 bank kapital tələbini yerinə yetirmədi

4 bank kapital tələbini yerinə yetirməyib

Fevral ayının 1-nə Azərbaycanda fəaliyyət göstərən 45 bankdan 4-nün məcmu kapitalı 50 milyon manatdan aşağı olub.

“Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, həmin 4 bankın ümumi bank kapitalında xüsusi çəkisi 0,7% təşkil edib.

9 BANK 36 BANKA BƏRABƏRDİR

Məcmu kapitalı 50 mln. manatdan - 60 mln. manatadək olan 23 bank, 60 mln. manatadan 100 mln. manatadək olan 9 bank, 100 mln. manatdan artıq olan 9 bank fəaliyyət gösərir. Məcmu kapitalı 100 mln. manatdan artıq olan 9 bankın məcmu kapitalının ümumi bank kapitalında xüsusi çəkisi 57,3%-ə bərabərdir. Qalan 36 bank isə ümumi bank kapitalının cəmi 42,7%-ni yaradır.

Qeyd edək ki, Mərkəzi Bankın minimum məcmu kapital tələbi 50 milyon manat təşkil edir. Mərkəzi Bank fəaliyyət göstərən banklara kapitallarını 50 milyon manata çatdırmaq üçün 2015-ci ilin 1 Yanvar tarixinədək vaxt vermişdi. Həmin vaxta qədər tələbi yerinə yetirməyəcək banklara bir daha möhlət verilməyəcəyi də bəyan edilmişdi. İndi məlum olur ki, 2015-ci ildən artq 2 aydan çox vaxt keçsə də həmin bankların lisenziyası dayandırılmayıb

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar