Nemtsovun yeni ölüm Videosu

Qətl yerindən görüntülər siyasətçiyə qarşı sui-qəsddən 3 dəqiqə sonra çəkilib

Rusiyalı müxalifət lideri Boris Nemtsovun qətlə yetirilməsi ilə bağlı yeni görüntülər yayılıb. Anspress-in məlumatına görə, görüntülər qətldən üç dəqiqə sonra çəkilib.

Yeni görüntüləri jurnalist Tonya Samsonov "Exo Moskvı" radiostansiyasının saytında yayıb.

Görüntülər Böyük Moskva çayı körpüsündə siyasətçi Boris Nemtsovun qətlə yetirildiyi yerin yanından keçən avtomobilin videoreqistratoruna düşüb..

Samsonovun sözlərinə görə, video Boris Nemtsovun qətlini araşdıran Rusiya İstintaq komitəsinə verilib.

Videonun bir dəqiqə çəkir. Yazıdan göründüyü kimi, avtomobil Vasilyev enişinə tərəf Kreml sahili boyu hərəkət edir və sonra Böyük Moskva çayı körpüsünə gəlir.

Xatırladaq ki, B.Nemtsov fevralın 28-də gecə saatlarında qətlə yetirilib. Onun bədənində 4 güllə yarası olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar