Əli Həsənov Azadlıq radiosunu təxribatda ittiham edib

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov beynəlxalq hüquq müdafiə təşkilatlarnın Avropa Oyunları ərəfəsində siyasi məhbusları azad etmək çağırışlarını Azərbaycana qarşı “qara piar” kampaniyası kimi qiymətləndirib.

““Təəssüf ki, davamlı şəkildə Azərbaycanın iqtisadi, sosial, siyasi, humanitar və digər sahələrdə əldə etdiyi uğurları gözdən salmağa çalışan bəzi yerli qruplar və xarici dairələr bu fürsəti də əldən vermək istəmir və l Avropa Oyunlarını ölkəmizə qarşı həyata keçirilən “qara piar” kampaniyasının baş mövzusuna çevirməyə çalışırlar. “Amnesty İnternational” təşkilatının Avropa Oyunlarını boykot çağırışı, oyunlara hazırlıqla bağlı həyata keçirilən tədbirlər haqqında dezinformasiyaların dövriyyəyə buraxılması, xarici KİV-də sifarişlə yerləşdirilən qərəzli, qeyri-obyektiv materiallar və digər məsələlər bu cəhdlərin bariz nümunələridir”, deyə Həsənov AzərTAc-a müsahibəsində bildirib.

Bundan başqa, “Azadlıq” radiosu başda olmaqla bəzi maraqlı qüvvələr sosial şəbəkələrdə guya Azərbaycanda Avropa Oyunları ilə əlaqədar heyvanlarla qəddar davranıldığını əks etdirən video yayırlar.

Həsənovun sözlərinə görə, bu videokadrlarda hadisənin məhz Azərbaycanda baş verdiyini təsdiq edən heç bir dəlil yoxdur. “Bu da bir daha sübut edir ki, bu kimi “faktları” ortaya atanlar Avropa Oyunları ərəfəsində Azərbaycanın imicini ləkələməyə və mühüm beynəlxalq idman tədbirinə qarşı açıq təxribat törətməyə çalışırlar”, deyən Həsənov bu kampaniyanı “Eurovision-2012” müsabiqəsi zamanı törədilmiş “təxribatla” müqayisə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar