33 il əvvəlki terrorun üstü açıldı

Fransa polisi 33 il əvvəl baş vermiş terror aktı ilə bağlı yeni məlumat açıqlayıb. Anspress-in məlumatına görə, Fransa tarixində 1982-ci il terroru kimi tanınan 6 nəfərin ölümü ilə nəticələnən hadisənin səbəbkarları müəyyən edilib.

Fransalı prokuror Mark Trevidik həmin şəxslərin Norveç, İordaniya və Ramallahda yaşadıqları barədə məlumat əldə etdiklərini vurğulayıb. Onların qısa bir zamanda yaxalanması üçün beynəlxalq həbs qərarı veriləcəyini söyləyib.

Fransanın “BFM” telekanalı terrorçuların ərəb əsilli, keçmişdə Əbu Nidal təşkilatı üzvü olduqları barədə xəbər yayıb.

Xatırladaq ki, Parisdəki yəhudi məhəlləsində yerləşən “Jo Goldenberg” adlı restoranda 1982-ci il avqustun 9-u tarixində naməlum şəxslər içəriyə qumbara atıb, sonra müştəriləri silahla güllələmiş və aradan çıxmışdılar. Hadisə nəticəsində 6 nəfər ölmüş, 22 nəfər yaralanmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar