Obama Putini çökdürür - İtirilən 10 milyard

Rusiya Maliyyə Nazirliyi neftdən əldə edilən əlavə gəlirlərin ehtiyat və Milli Rifah Fondlarından bir ay ərzində 10-20 faiz arası azaldığını açıqlayıb. Axar.az xəbər verir ki, Rusiya Maliyyə Nazirliyindən verilən açıqlamada neftin qiymətlərinin ucuzlaşmasından sonra fondlardan xərclərin artdığını bildirib.

Bu ilin 1 fevralında 85 milyard dollar olan ehtiyat fondu bir ay ərzində 75,7 milyard dollara enib. Milli Rifah Fondunun ehtiyatı da 10 faiz azalaraq 73,6 milyard dollara düşüb.

Rusiya Federal Statistika Xidmətinin məlumatına görə, 2009-cu ilin fevral ayında ehtiyat fondu 137,3 milyard dollar, rifah fondunun ehtiyatı isə 93,3 milyard dollar idi. Bu isə Rusiya üçün rekord məbləğ idi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar