“Nemtsova görə “Maqnitski siyahısı” genişləndirilə bilər...” - Nuland

ABŞ öldürülən Rusiya siyasətçisi Boris Nemtsova görə “Maqnitski siyahısı”nı genişləndirilə bilər. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə danışan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoroya Nuland Vaşinqtonun Moskvadan təkcə Nemtsovun qatilini deyil, həm də qətlin sifarişçisini tapmağı gözlədiyini söyləyib.

“Biz öz siyahımıza ilin sonunda baxacağıq və həmin məqam üçün qətllə bağlı vəziyyətə qiymət verəcəyik” – deyib Depratament yetkilsi. Onun sözlərinə görə, Ağ Ev Moskvaya aydın şəkildə işarə edib ki, “beynəlxalq birlik ondan qatillə yanaşı, sifarişçini də üzə çıxaracaq təhqiqat gözləyir.

Bu gün Rusiya prezidenti Vladimir Putin DİN-dəki müşavirədə “Nemtsovun qətli kimi halları Rusiya üçün rüsvayçılıq və faciə” adlandırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar