Saakaşvili ABŞ-ı Ukraynaya silah göndərməyə çağırır

Gürcüstanın keçmiş prezidenti Mikheil Saakashvili Birləşmiş Ştatları çağırıb ki, Ukraynanı döyüş silahı ilə təmin etsin. Saakashvili hazırda Ukrayna prezidenti Petro Poroshenko-nun müşaviridir

O, martın 4-də Senatın Xarici Əlaqələr Komitəsində çıxış edib, deyib ki, Ukraynaya tank əleyhinə silah kimi silahlar lazımdır və bu, “Rusiyanın irəliləməsini” önləmək üçün gərəkdir. Onun sözlərinə görə, bu silahlarsız, Ukrayna daha ölkə kimi mövcud ola bilməyəcək.

Saakaşvili Ukraynanı silahlandırmaq üçün Birləşmiş Ştatların Avropa müttəfiqləri ilə işləməli olmasına dair arqumentləri də rədd edib, deyib ki, Almaniya bu siyasətə razılaşan deyil.

Saakashvili-nin fikrincə, Rusiya Ukraynanın cənubunda və şərqində daha çox ərazi tutacaq və Kiyev hökumətini devirməyə çalışacaq.

Rusiya müxalifətindən Garry Kasparov dinləmədə bildirib ki, Rusiya prezidenti Vladimir Putin “hər hansı həllə” maraq göstərmir və müxalifət lideri Boris Nemtsov-un Kremlin yaxınlığında öldürülməsində birbaşa rol oynayıb. Qətldən bir neçə saat sonra Nemtsov Rusiyanın Ukraynanın şərqində hərbi birləşmələrinə dair sübut-dəlil açıqlayacaqdı.

Putin Ukraynaya silah və əsgər göndərmədiyini deyir. /"Azadlıq" radiosu

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar