Bankların dollardakı borcları bahalaşıb - 2,6 milyard manat 

Mərkəzi Bankın devalvasiya qərarı kommersiya banklarına ən azı 2,6 milyard manata başa gələcək. “Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, Fevral ayının 1-nə olan məlumata görə, banklar əhalidən təkcə xarici valyutada 3,627 milyard dollar (0,7844 məzənnəsi ilə 2 milyard 845 milyon manat) əmanət, xarici banklardan və beynəlxalq təşkilatlardan isə 6 milyard 291 milyon dollar (0,7844 məzənnəsi ilə 4 milyard 935,6 milyon manat) kredit cəlb ediblər.

Bankların xarici valyutada cəmi borcları 9 milyard 918 milyon dollar (köhnə məzənnə ilə 7,78 manat) təşkil edib. Sadə şəkildə hesablasaq, bu gün banklar 9 milyard 918 milyon dollar borcu qaytarmaq üçün 10 milyard 414 milyon manat xərcləməlidirlər (yeni 1 dollar = 1.05 AZN məzənnəsi ilə). Halbuki, Fevraın 1-də 7,78 milyard manata bu qədər dolları almaq mümkün idi. Bu gün isə məbləg nə az, nə çox, düz 2 milyard 634 milyon manat manat artıb.

BU, BANKLARIN İFLASI DEMƏK OLAR

Mərkəzi Bankın tələbinə görə, banklar dollar ilə cəlb etdikləri vəsaitləri dollar ilə də kredit şəkilində ayırırlar. Əgər banklar dollar ilə verdikləri kreditlər üzrə borcları köhnə məzənnə ilə geri alsalar, bu, bankların iflası demək olar. Yəni, müştərilərin hesab etdiyi kimi, bu məzənnə fərqi bankların gəliri deyil. Əksinə banklar kredit faizlərində və kredit müddətində güzəştə getdiklərindən zərər çəkirlər. Çünkü, xarici banklar və əhali onlara güzət vermir, pulun ödəniş vaxtı çatdıqda vəsaitlərini geri tələb edəcəklər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar