ABŞ ordusundan Putini hiddətləndirəcək həmlə

Birləşmiş Ştatlar ordusu Polşada təlim keçir

Polşanın Dravsko-Pomorske şəhərində ordu qüvvələri Amerika Birləşmiş Ştatları qoşunları ilə birgə hərbi təlimlərə başlayıb. Anspress-in məlumatına görə, təlimlər zamanı hərbiçilər mövqe döyüşləri strategiyalarını məşq ediblər. Təlimlərdə iriçaplı silahlardan, eyni zamanda, ağır artilleriya silahlarından istifadə olunub.

Amerika döyüş alayının komandiri kapitan Co Trovato qeyd edib ki, təlimlərin əsas məqsədi hərbi qüvvələrin birgə döyüş qabiliyyətini yoxlamaqdan ibarətdir.

Oxşar təlimlər, eyni zamanda, Litvanın paytaxtı Vilnüsdə də baş tutub.

Amerika ordusunun NATO qüvvələri tərkibində şərq cinahı 2015-ci ilin sonunadək regionda xidmət göstərəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar