Birjalar düşdü, Avro 11 ilin dibində

Asiya birjaları, sabah açıqlanacaq ABŞ-da kənd təsərrüfatı xaric məşğulluq göstəricisi ərəfəsində həftənin əvvəlində gördüyü rekord səviyyələrdən aşağı düşməyə başlayıb.

Avropa Mərkəzi Bankının (ECB) bu gün açıqlayacağı pul siyasətinə dair qərarı ərəfəsində Avro 11 ilin ən aşağı səviyyələrindədir.

Yaponiya xaric Asiya Sakit Okean birjalarını izləyən MSCI indeksi 0.4 faiz geriləyib. Avstraliya, Malayziya və Çin birjaları da minusda hərəkət edir.

AMB-nin bugünkü toplantısının ardınca, bu ay başlayacaq 1 trilyon Avroluq istiqraz alışı proqramının detallarını açıqlaması gözlənilir.

Bəyanatlardan əvvəl təzyiq altında qalan Avro isə 1.1035 dollara qədər geriləyərək 2003-cü ilin Sentyabr ayından bu yana görünməyən səviyyələrə geriləyib.

Avronun dəyərdən düşməsi, dolların altı mühüm valyuta qarşısındakı gedişini izləyən dollar indeksini 11 ilin yeni zirvəsi olan 96.061-ə qaldırıb.

ABŞ Mərkəzi Bankın Fed-in yaz aylarından etibarən faiz artırmağa başlayacağına dair gözləntilər dolları bahalaşdırır.

Sabah açıqlanacaq kənd təsərrüfatı xaric məşğulluq göstəricisi ABŞ-dakı iqtisadi vəziyyətin faiz artırılmasına imkan verəcək dərəcədə güclü olub-olmadığına dair ipucu verəcəkdir.

Ekspertlər Yanvar ayında 257,000 artım qeyd edən kənd təsərrüfatı xaric məşğulluğun Fevralda 240,000 artacağını ehtimal edirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar