Ermənistanda federasiya prezidenti öldürülüb

Ermənistanın paytaxtı Yerevanda ötən gün baş verən atışmada öldürülənlərdən birinin ölkənin Avarçəkmə Federasiyasının prezidenti olduğu müəyyənləşi. Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, federasiya prezidenti 43 yaşlı Levon Kazaryan odlu silahdan aldığı atəş nəticəsində ötən gün dünyasını dəyişmişdi. Onunla yanaşı, hadisə zamanı 35 yaşlı Drastamat Tadevosyan və Mesrop Melikyan da həyatlarını itirmişdi. Polis faktla bağlı araşdırma aparır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar