Erməni ailəsini güllələyən rus əsgəri "dəlilik" testindən keçirilir

Ermənistanda bir ailənin 7 üzvünü qətlə yetirməkdə ittiham olunan rusiyalı hərbçi Valeri Permyakova məhkəmə-psixiatriya ekspertizası təyin olunub. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, etibarlı mənbə bildirib ki, ekspertiza stasionar olaraq Rusiyanın Gümrüdəki hərbi bazasının ərazisində keçiriləcək.

Ekspertiza üçün 2 həftə vaxt tələb olunacaq.

“Permyakovda psixi çatışmazlıqların olması barədə deyilənlər şayiələrə əsaslanır. Ekspertizanın nəticələri hələ yoxdur”, - deyə mənbə bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar