FAZİL MƏMMƏDOVDAN “YIĞIN” ƏMRİ – Oliqarxlar aradan çıxmağa çalışır

Vergi işçiləri ölkə boyunca sahibkarlara total basqınlar edir, onlara yeni xərac kəsir

Oiqarx məmurlar isə biznes layihələrin təxirə salıb, ixtisarlar aparırlar 

“Manatın məzənnəsinin dollar və avroya nisbətdə təxminən 30 faiz ucuzlaşması ən çox sahibkarları çıxılmaz duruma salıb. Bir tərəfdən monopolistlərin təzyiqi, digər tərəfdən, gömrükdə, vergi orqanlarında onların “soyulması” iş adamlarını onsuz da təngə gətirmişdi. Üstəlik, bir tərəfdən də manatın devalvasiyası sahibkarlara ikiqat zərbə vurur... Süni qiymət artımı edənlərlə bağlı tədbir görüldüyü bir vaxtda orta və kiçik sahibkarlar vergi müfəttişlərinin “qəfil hücumu”na məruz qalıblar. Həm də bu proses bütün ölkə boyunca baş verib”. Bu barədə “Yeni Müsavat” qəzetinə daxil olan məlumatda bildirilib.

Qəzetə müraciət edən iş adamları bildiriblər ki, dövlət başçısının vergi müfəttişlərini nəzarətə almaqla bağlı da göstəriş verməsini arzulayırlar: “Daxil olan məlumatlardan aydın olur ki, vergi müfəttişləri bütün ölkə boyunca sahibkarları soyurlar. Bir sahibkarın dediklərindən: “Əvvəllər bizdən illik ”haqqı" iyun ayında alırdılar. Növbəti ilin həmin vaxtına qədər incitmirdilər. Manatın devalvasiyasından sonra biz güzəştlər gözləyirdik, amma vergi müfəttişləri bizə “sürprizlər” edirlər. Bütün qaydalar yenidən “yazılır”. Deyirlər ki, yeni qayda tətbiq olunur, bundan sonra sahibkarlardan “haqqı” illik yox, aylıq alacağıq. Bu, qeyri-rəsmi ödənişdir, dövlətin vergisini onsuz da veririk. Kim “haqq” verməsə onun başına oyun açılır, mağazasını, obyektini bir bəhanə ilə qapadırlar. Həmçinin yeni kassa aparatları gətiriblər, deyirlər ki, bunları almalısınız, köhnə cihazları ləğv edirik. Yeni kassa aparatının qiyməti də modelindən və obyektin kvadratından asılı olaraq, dəyişir. Biz faktiki olaraq “vergi terroru” ilə üzləşmişik".

GomrukSahibkarlar qəzetə müraciətlərində həmçinin gömrükdə yığılan haqqın artmasından və monopolistlərin bazalardan mal satışını məhdudlaşdırımasından şikayətləniblər: “Bir sıra malların ölkəyə idxalı iri məmur-oliqarxların nəzarətindədir. Dollar bahalaşandan sonra onlar bazadan mal vermirlər, deyirlər ki, martın 15-dən sonra satışı bərpa edəcəyik. Karqodan da mal çıxarmaq mümkün deyil. Həmçinin özümüzün xaricdən sifariş etdiyimiz mallar üçün gömrükdə, karqoda rüşvəti də dollarla tələb edirlər. Məsələn, əvvəllər 1000 kub mala görə 5000 manat istəyirdilərsə, indi 5 min dollar tələb edirlər”.

Qəzet sahibkarlardan hətta günəmuzd çalışdırdıqları işçiləri də sənədləşdirməyin tələb olunduğunu yazır: “Elə sahibkar var ki, obyektində kiçik təmir-tikinti işləri gördürmək üçün “qul bazarı” deyilən, qeyri-rəsmi əmək birjasından günəmuzd işçilər cəlb edib. Obyektləri “basan”

vergi müfəttişləri onları qeydə alıb, sənədlərinin surətlərini götürməklə, işçi kimi protokollaşdırıb və sahibkardan tələb edir ki, onlarla müqavilə imzalasın, rəsmən işə götürsün. Bu cür uyğunsuz şərtlər artıq xeyli sahibkarı şirkətini müvəqqəti də olsa, qapatmaq məcburiyyətində qoyub.

Ümumiyyətlə, total vergi yoxlamaları yalnız orta və xırda sahibkarları yox, bundan əvvəl də yazdığımız kimi, vəzifəli oliqarxlara məxsus olan iri şirkətləri də əhatə edir. Həm də bütün bunlar bir ilkdir. Ölkənin ən qüdrətli oliqarxlarına bağlı olan və toxunulmaz sayılan, ciddi monopolist qurumlar da ilk dəfədir ki, vergi yoxlamalarına cəlb olunurlar. Həm də onlara, qısa müddətdə “dövriyyəni yoxlayaraq”, haqq qoyurlar. “Yeni Müsavat” qəzetininin məlumatına görə, böyük şirkətlərə 10-15 milyon manat qeyri-rəsmi rüsum yüklənir. Əslində isə bu paralar həmin şirkətlərdən yox, mövcud hakimiyyətin sayəsində zəngin olmuş oliqarxların özlərindən istənilir”.

Qeyd edək ki, ölkədə iş adamlarına qarşı total vergi hücumunun başlaması heç də təsadüfi deyil. Neftin qiymətinin düşməsi ilə bağlı gəlirlərin azalması, həmçinin Avropa Oyunları ilə bağlı əlavə böyük xərclərin yaranması büdcədə ciddi gərginliyin əmələ gələcəyini açıq şəkildə ortaya qoyub. “AzPolitika.info”nun məlumatına görə, gözlənilən böyük büdcə kəsirini bağlamaq isə qanuni pul toplamaq səlahiyyəti olan qurumların rəhbərlərinə tapşırılıb. Bu baxımdan ən böyük yük Vergilər Nazirliyinin, nazir Fazil Məmmədovun çiyinlərindədir.

Elə buna görə də bu yaxınlarda 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilən Fazil Məmmədova həm də FÖVQƏLADƏ səlahiyyətlər verilib. Belə ki, nazirə kimliyindən asılı olmayaraq, hər kəsin obyektinə, istehsal müəssəsinə girmək və vergiyə cəlb etmək tapşırılıb. Bu sırada məmur-oliqarxların nəzarətində olan biznes subyektləri ilk sıraya qoyulub. Belə ki, uzun illərdir qapılarını vergi işçilərinin üzünə bağlayan, istədikləri qədər vergi ödəyən, hətta bəzi obyektlərini qaçqın və məcburi köçkünlərin adına rəsmiləşdirərək vergilərdən yayınan məmur-oliqarxların “vergi güzəştləri” ləğv edilib. Üstəlik olardan nəinki bu ilki, hətta əvvəlki dövrlərin də vergilərini almaq tapşırılıb.

Bundan əlavə bir çox obyektlərin aylıq vergi ödənişlərinin miqdarı 30-50, bəzi

yerlərdə 100% (ikiqat) artırılıb. Verməmək, biznesini müvəqqəti bağlayıb aradan çıxmaq istəyənlərə qarşı isə Vergilər Nazirliyinə onlara cinayət işi amaq, keçmiş vergi borclarının əvəzinə obyektləri müsadirə etmək səlahiyyəti verilib.

Buna görə də Fazil Məmmədov vergi orqanlarına “yığın” əmri verməklə yanaşı, iri müəssisələri, ticarət mərkəzləri, restoranları, şadlıq evləri, tibb müəssisələri, ümumiyyətlə böyük biznesi olan oliqarxlara da problem yaratmadan qapılarını vergi müfəttişlərinin üzünə açmğı və istənilən məbləği ödəməyi tövsiyyə edib. Əks halda GƏRƏKƏN TƏDBİRİ görməyə məcbur olacağına dair xəbərdarlıq edib.

Məsələn, “AzPolitika.info”ya verilən məlumata görə, əksəriyyəti oliqarxlara məxsus olan özəl tibb müəssisələrinin aylıq ödənişləri 2-3 dəfə artırılıb. Bu isə bəzilərinin aylıq ödənişinin 60-70 min manata qalxmasına səbəb olub. Bəziləri buna görə fəaliyyətlərini dayandırmaq istədikləri bəyan ediblər. Ancaq vergi işçilərinin bu zaman obyektin açarlarının da tələb olunacağını bildirməsi onları fikirlərindən daşındırıb.

Qeyd edək ki, artıq bu cür xəbərdarlıqlar öz ilkin nəticəsini verib. Belə ki, Statistika Komitəsi 2015-ci ilin yanvarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 685 milyon 899,4 min manat vəsait daxil olduğu açıqlanmışdı. Bu isə bir il əvvəlkindən 94 milyon 452,8 min manat azdır. Təbii ki, bunun səbəbi əsas ixrac məhsulu olan neftin ucuzlaşması və bu sektordan daxil olan vergi gəlirlərinin azalması di. 1pulAmma maraqlıdır ki, Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsi tərəfindən bəyan edildi ki, yanvar ayında vergi proqnozu 3,3% artıqlamasilə yerinə yetirilib.

Bu fakt Vergilər Nazirliyinin iş adamlarının və məmur-oliqarxların üzərinə total hücum nəticəsində yanvar ayında 100 milyon manatdan artıq vəsaitin toplanaraq büdcəyə keçirildiyini söyləməyə əsas verir. Hansı ki, bu məbləğ əvvəllər ya iş adamlarının, oliqarxların cibində qalır, ya da vergi orqanları tərəfindən qeyri-rəsmi şəkildə alınırdı.

Qeyd edək ki, Vergilər Nazirliyi bu il dövlət büdcəsinə 7 milyard 112 milyon manat vergi və rüsum təmin etməlidir. Bu, 2014-cü ilin proqnozlarından 10 milyon manat çoxdur.

neft2014-cü ildə rəsmi rəqəmlərdən çıxış etsək, dövlət büdcəsinə Vergilər Nazirliyinin xətti ilə toplanan 7 milyard 114 milyon manat vəsaitin 2,807 milyard manatı (39.45%) neft sektorunun hesabına formalaşıb. Bunun 1,855 milyard manatını Dövlət Neft Şirkəti (SOCAR) ödəyib. Qalan 951.9 milyon manatını isə Hasilatın Pay Bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən xarici neft şirkətləri konsorsiumu ödəyib.

Bura fiziki şəxslərin ödədiyi gəlir vergisi daxil edilməyib. 2014-cü ildə gəlir vergisi və mənfəət vergisi kimi Hasilatın Pay Bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı və xarici subpodratçı şirkətlər təxminən 430 milyon manat, SOCAR isə təxminən 80 milyon manat vəsait ödəyib. Yəni, ötən il “qeyri-neft sektoru”ndan daxilolmalar kateqoriyasına aid edilən 510 milyon manat vəsait də birbaşa neft sektoru hesabına formalaşıb.

Bu vəsaitləri nəzərə alsaq, ötən il Vergilər Nazirliyinin xətti ilə toplanan 7 milyard 114 milyon manat vəsaitin 46,6%-nin – 3,317 milyard manatının birbaşa neft sektorundan daxil olduğu, qeyri-neft sektorundan xalis daxilolmaların isə 3.796 milyard manat (vergi gəlirlərinin 53%-i) təşkil etdiyi aydınlaşır.

Qeyd olunanlara əsasən deyə bilərik ki, neftin qiymətinin proqnozlardan təxminən 35- 40 faiz aşağı olması SOKARbüdcənin ARDNŞ və xarici şirkətlər konsorsiumunun ödədiyi 100 milyonlarla manat vergidən məhrum olmasına gətirib çıxaracaq. Dəqiq rəqəm söyləmək çətin olsa da, indiki qiymətlərlə büdcəyə neft-qaz sektorundan vergi kimi təxminən 1,3-1,5 milyard manat az vəsait daxil olacağını gözləmək olar. Ancaq qiymətlərin aşağı olduğunu əsas gətirərək, xarici neft şirkətləri konsorsiumu hasilatı azaldarsa, ixtisarlar apararsa (artıq belə ixtisarların başladığına dair məlumatlar yayılıb), podratçı və xarici subpodratçı şirkətlər işləri dayandırarsa, bu rəqəm 2 milyard manata qədər yüksələ bilər.

Yəni neftin qymətinin düşməsi büdcəni təxminən 2 milyard manata yaxın vəsaitdən mərum edir. Bura Avropa Oyunları ilə bağlı yaranan böyük xərcləri də əlavə etsək, vəziyyətin o qədər də sadə olmadığını görərik.

Əlbəttə, Vergilər Nazirliyi və digər dövlət orqanlarının bu 2 milyard manata yaxın vəsaitin hamısını iş adamlarından toplayacağını iddia etmək olmaz. Büdcədə yaranacaq kəsirin bir hissəsi yəqin ki, Neft Fondunun ehtiyat vəsaitlərindən transfer ediləcək. Ancaq bu məbləği mümkün qədər azltmaq üçün Vergilər Nazirliyi və qanuni pul toplamaq səlahiyyəti olan digər dövlət orqanları, necə deyərlər, kəmərləri maksimum şıxacaqlar.

Bu isə oliqarx məmurlar və iş adamları üçün 2015-ci ilin o qədər də asan keçməyəcəyini söyləməyə əsas verir. “AzPolitika.info”ya daxil olan məlumata görə, məhz bu səbəbdən oliqarxlar bəzi biznes layihələrini təxirə salıblar. Eyni zamanda onlara məxsus müəssisələrdə, zavod, fabrik və təsərrüffatlarda çalışanların sayı maksimum azaldılır, cidd ixtisarlar aparırlır. Necə deyərlər, bu hökumətin hesabına milyonlar qazananlar, indi onun çətin vaxtında aradan çıxmağa çalışırlar. Bacaracaqlarmı?  Bu da asılıdır Fazil Məmədovun fərasətindən!

Murad Məmmədov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar