"Azərbaycan rus rublunun devalvasiyasının effektini hiss etdi" - FİTCH

“Qazaxıstan da milli valyutasını devalvasiya edə bilər”.

Rusiyada iqtisadi inkişaf tempinin yavaşıması Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinə xeyli mənfi təsir göstərib, Fitch Ratings beynəlxalq reytinq agentliyinin məlumatında bildirilir.

“Rusiyada iqtisadi inkişaf templərinin kəskin azalması digər MDB dövlətlərinin iqtisadiyyatı üçün əhəmiyyətli sarsıntı olsa da, bu ölkələrin kreditqabiliyyətliliklərinə təsiri xeyli fərqlənir”, - deyə, agentliyin press-relizində bildirilir.

Rusiya iqtisadiyyatında vəziyyət ticarət, pul köçürmələri və investisiya axınları vasitəsilə sıx iqtisadi əlaqələrin olduğu MDB ölkələrinə bilavasitə təsir göstərir, analitiklər izah edirlər, Oxu.az RİA Novosti agentliyinə istinadən xəbər verir.

“Bilavasitə, rus rublunun ucuzlaşması region valyutalarına əhəmiyyətli düzəlişlər üçün mühüm faktor olub”, - deyə, Fitch bildirir.

Rus rublunun devalvasiyasının effektini Qazaxıstan və Azərbaycan da hiss ediblər.

“Biz hesab edirik ki, Qazaxıstan da milli valyutasını devalvasiya etməli olacaq”, - deyə, məlumatda bildirilir.

Rusiya Ermənistan məhsullarının əsas ixrac bazarı və erməni tərəfinin böyük xarici investisiya və pul köçürmələri mənbəyidir. Buna görə də, Rusiyada iqtisadi artım tepmlərinin zəifləməsi Ermənistanda iqtisadi artım perspektivlərinə ciddi təsir göstərəcək, agentliyin analitikləri hesab edirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar