Azərbaycanda temperatur yenidən artır - Proqnoz

A3F491E4-4D97-4137-A811-5537DDA25B7C_mw1024_n_shavasBakıda və Abşeron yarımadasında martın 6-da hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Gün ərzində əsasən yağmursuz olacaq. Şimal-qərb küləyi günün ikinci yarısında cənub küləyi ilə əvəzlənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova lent.az-a bildirib ki, havanın temperaturu gecə 3-5, gündüz 8-12 dərəcə isti olacaq

Bölgələrdə sabah əsasən hava şəraiti yağmursuz olacaq. Gecə duman olacağı gözlənilir.

Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 1-6, gündüz 9-14 dərəcə isti olacaq. Dağlıq rayonlarda gecə 0-5 şaxta, gündüz isə 5-10 dərəcə isti olacağı gözlənilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar