Rəsul Cəfərovun məhkəməsi təxirə salındı

Bu gün Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan hüquq müdafiəçisi Rəsul Cəfərovun məhkəməsi davam edib. Bu barədə Musavat.com-un reportyoru xəbər verib.

Onun sözlərinə görə, prosesdə şahidlər ifadə verdilər.

Daha sonra məhkəmə prosesi təxirə salınıb və 12 mart saat 10:30-a təyin edilib. Növbəti məhkəmə şahidlərin ifadələri ilə davam edəcək.

Rəsul Cəfərov ötən il avqustun 2-də həbs olunub, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham olunur.

Müdafiə tərəfi ittihamı rədd edir.

«Amnesty International» təşkilatı onu «vicdan məhbusu» kimi tanıyıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar