AMİP parlament seçkiləri ilə bağlı qərar verib

“AMİP parlament seçkilərində iştirak edən siyasi partiyalarla əməkdaşlıq memorandumu imzalayacaq”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə deyib.

Y. Bağırzadə bildirib ki, partiya bu il keçiriləcək parlament seçkilərində iştirak etmək haqqında qərar verib: “Bu haqda partiyanın Mərkəz Şurasında toplantı keçiriləcək. Seçkilərdə iştirak formasına gəldikdə isə, böyük ehtimalla, tək qatılacağıq. AMİP ötən seçkilərdə olduğu kimi, bu il keçiriləcək parlament seçkilərinə də ciddi şəkildə hazırlaşır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar