“Putin xərçəng şişidir...” - Kasparov

Rusiyalı müxalifətçi, şahmat üzrə keçmiş dünya çempionu Harri Kasparov ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Ukrayna ilə bağlı keçirilən dinləmələrdə prezident Vladimir Putini sərt tənqid edib. Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Kasparov Rusiyanın dövlət başçısını dərhal kəsilməli olan xərçəng şişinə bənzədib:

“Putin xərçəng işi olduğu üçün Ukrayna məsələsində onunla razılaşmaq mümkün deyil. Ona görə də xərçəng şişi kimi, Putin və onun elitasını da kəsib götürmək lazımdır”.

Rusiyanı “polis dövləti” adlandıran Kasparov buna görə də Qərbin təcili Ukraynaya silah verməsinin vacibliyin vurğulayıb. Müxalif siyasətçi Boris Nemtsovun ölümündə də Vladimir Putinin əli olduğunu amerikalı senatorların diqqətinə çatdırıb:

“Boris Nemtsov onun qətlinin mümkün olması səbəbindən həyatda yoxdur. Putin və onun elitası hakimiyyətdə olduqları 15 ildə hər şey edə biləcəklərini və onlar üçün heç bir qırmızı xəttin mövcud olmadığını düşünür”.

Putinin ən sərt tənqidçilərindən sayılan Harri Kasparov 2012-ci ildə Rusiyanı tərk edərək Latviyaya köçüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar