Xameneinin səhhəti pisləşdi

İran İslam Respublikasının ali dini rəhbəri Ayətullah Seyid Əli Xameneinin səhhəti pisləşib. Modern.az saytı xarici KİV-lərə istinadən xəbər verir ki, Xamenei xəstəxanaya yerləşdirilib. Tehran xəstəxanalarından birinə yerləşdirilən ali dini rəhbərin vəziyyətinin kritik olduğu bildirilir.

76 yaşlı Xameneinin ötən gündən xəstəxanalardan birinə yerləşdirilməsi haqda xəbəri rəsmi İran mənbələri susqunluqla müşayiət edirlər.

Seyid Əli Xameneiyə prostat xərçəngi diaqnozunun qoyulduğu və xəstəliyin digər orqanlara da keçdiyi bildirilir.

Qeyd edək ki, Xamenei ötən il Tehrandakı dövlət xəstəxanasında prostat əməliyyatı keçirmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar