"ABŞ hava-desant briqadası artıq Ukraynadadır" - Rusiya XİN

Rusiya Xarici İşlər Nazirliyində ABŞ hərbçilərinin artıq Ukrayna ərazisində olduqları barədə məlumat var. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç bu gün keçirdiyi brifinqdə bəyan edib.

"Məlumat var ki, artıq ABŞ-ın hava-desant briqadasının 173 hərbçisi Lvov vilayətinin Yavorskiy poliqonundadır. Onlar ukraynalı hərbçilərə silahla davranma qaydalarını öyrədəcəklər", - deyə A. Lukaşeviç bildirib.

Qeyd edək ki, ABŞ mart-oktyabr aylarında Ukraynaya 300 hərbçi göndərməyi planlaşdırır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar