"Çad ordusu "Boko Haram" liderinin yerini bilir"

Çad prezidenti İdris Debi “Boko Haram” təşkilatının liderinin yerini bildiklərini deyib. Müsavat.com-un məlumatına görə, İdris Debi rəsmi səfər çərçivəsində Çadın paytaxtı Ncamenaya gələn nigeriyalı həmkarı İsufu Mahamadu ilə birgə mətbuat konfransı keçirib.

Çad prezidenti mətbuat konfransında deyib: “Çad ordusu “Boko Haram” lideri Əbu Bəkr Şekaunun yerini bilir. Təslim olmasa onu öldürəcəyik. Nigeriyanın Dikva bölgəsində “Boko Haram”a qarşı keçirilən əməliyyatlarda Şekau təsadüf nəticəsində sağ qalıb. Bu terror təşkilatı çox sayda məsum insanı öldürüb. Şekaunun çox da uzun vaxtı qalmayıb. Özü gəlib təslim olsun”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar