Beynəlxalq axtarışda olan azərbaycanlı Rusiyada saxlanıldı

Rusiyanın Voloqda vilayətində beynəlxalq axtarışda olan azərbaycanlı saxlanılıb. APA-nın Rusiya Daxili İşlər Nazirliyinin vilayət üzrə İdarəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, martın 5-də Çerepovets şəhərində əməliyyatçılar 32 yaşlı azərbaycanlını həbs ediblər.

Həmin şəxsin Azərbaycanda mağazalardan oğurluq etdiyi üçün bu ilin mart ayında beynəlxalq axtarışa verildiyi bildirilir. Azərbaycan tərəfi onun saxlanılması barədə məlumatlandırılıb. Hazırda ekstradisiya məsələsi həll olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar