“Qəzaya uğrayan təyyarə təlimdə iştirak etməyib” - Baş Qərargah

Təyyarə başqa təlimlə əlaqədar uçuş yerinə yetirirmiş

Konyada qəzaya uğrayan hərbi təyyarə Türkiyə-Azərbaycan müştərək təliminin iştirakçısı olmayıb. APA-nın məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından açıqlama verilib.

“Qəzaya məruz qalan təyyarəmiz Azərbaycanla Türkiyə arasında həyata keçirilən müştərək təlimə görə yox, başqa bir təlim uçuşu ilə əlaqədar olaraq bölgədə vəzifəsini yerinə yetirirdi”, - deyə Baş Qərargahın Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən APA-nın Türkiyə bürosu tərəfindən göndərilmiş sorğuya verilən cavabda bildirilir.

Qeyd edək ki, Türkiyə Hərbi Hava qüvvələrinin bu gün Əskişəhərdən havaya qalxan təyyarəsi Konya yaxınlığında qəzaya uğrayıb, nəticədə 2 pilot şəhid olub.

Hazırda Konyada Türkiyə və Azərbaycan Hərbi-Hava Qüvvələrinin müştərək “TurAz Şahini 2015” təlimi də keçirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar