Rayonlarda da süni qiymət artımına görə monitorinqlər başladı

İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən istehlak bazarına nəzarət tədbirləri davam etdirilir. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, süni qiymət artımın qarşısını almaq məqsədi ilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən regionlarda da gücləndirilmiş nəzarət tədbirlərinə başlanılıb. Xidmət əməkdaşları tərəfindən hazırda Kürdəmirdə nəzarət tədbirləri həyata keçirir. Bu tədbirlər digər rayonlarda da davam etdiriləcək.

Nazirlik bir daha vətəndaşlara müraciət edərək bildirib ki, istehlakçılar hüquqlarının pozulması halları ilə rastlaşdıqda Nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlar, Nazirliyin internet saytı və "Facebook" səhifəsi vasitəsilə Dövlət Xidmətinə məlumat verə bilərlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar