NEMTSOVUN QƏTLİ DƏHŞƏTLİ NƏTİCƏLƏR DOĞURA BİLƏR – “Rusiya siyasətçiləri üçün əsl kabusa çevrilər...”

“Siyasi qətl və ondan öz məqsədləri üçün istifadə edilməsi mənəviyyatsızlıqdır”

Bir çox Qərb KİV-ləri Boris Nemtsovun prezident Putinin ən kəskin tənqidçisi olduğunu bildirməklə yanaşı, onun qətlinə Putin tərəfindən əmr verildiyi versiyasına da istinad edirlər. Əgər məsələyə bütöv şəkildə yanaşsaq, baş vermiş bu dəhşətli hadisə Rusiyanın birliyinə qarşı zərbədir və belə vəziyyət hökumətin həll etməli olduğu məsələlərin gərginlik dozasını bir daha yüksəldir.

Müxalifət liderinin öldürülməsi, ümumiyyətlə tam axmaqlıqdır. Çünki müasir zamanda belə qətl hadisəsi hakimiyyətin istəklərinin əksinə olaraq, müxalifətin gücünü xeyli artırır. Rusiya müxalifəti Qərb müxalifətindən dəfələrlə zəifdir. Nemtsov Boris Yeltsin zamanı Rusiya Federasiyası baş nazirinın müavini olub. Onun qeyri-adi siyasi nailiyyətlər əldə etməsinə baxmayaraq, qazandığı siyasi kapital məhdud idi. Nemtsova vurula biləcək ən tutarlı damğa isə onun Qərbin adamı adlandırılması olub. Bunun başlıca səbəbi onun Ukrayna böhranındakı mövqeyinin Qərb mövqeyi ilə eyniyyət təşkil etməsidir. Qərbə neqativ münasibət bəsləyənlər deyirlər ki, qətl hadisəsi onların casusları tərəfindən Putin rejiminin sabitliyinin pozulması üçün həyata keçirilib. Cinayəti həmçinin Rusiyanın radikal millətçilərinin üstünə qoyanlar da var.

Aydındır ki, Nemtsovun öldürülməsi adi məntiqlə ziddiyətli görünür. İctimai təsirinin az olmasına baxmayaraq, müxalifətçinin öldürülməsı hər halda çox dəhşətli nəticələrə gətirib çıxara bilər və Rusiya siyasətçiləri üçün əsl kabusa çevrilər. Bu, Pandora qutusunun açılması demək olar və insanlar özlərini müdafiəsiz hiss edər, cəmiyyəti isə isteriya bürüyər. Bu cür qətllər ağır cinayətdir və Rusiya siyasi dairələri üçün bədbəxtlikdir. Əksər rusiyalılar, hətta Nemtsovu xoşlamayanlar da baş vermiş hadisədən xeyli məyus olublar. Çox güman ki, baş verənlərdən öz məqsədləri üçün istifadə etməyə çalışanlar da olacaq, ona görə ki, siyasət belə bir şeydir.

Rusiya çətinliklərlə mübarizə apardığı bir vaxtda ABŞ və digər Qərb ölkələri yalnız onun problemlərini artırmağa çalışırlar. Bütün bunlar isə Putin hökumətini ağır vəziyyətə salır və hökumətin yaşadığı çətinlikləri cəmiyyətə edilən çağrış kimi başa düşmək də olar. Ancaq görəsən Rusiya indiki mürəkkəb dövrün öhdəsindən gələ biləcəkmi? Bu isə artıq rus xalqının münasibət və mövqeyindən asılıdır.

(“Xuançyu şibao” - Çin)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar