Rusiyada öldürülən azərbaycanlının qatili və qətlin təfərrüatları məlum olub

Rostov vilayətinin Şaxtı şəhərində öldürülən, əl ayağı kəsilərək çemodana qoyulan azərbaycanlının qatili tapılıb. APA-nın “bloknot-shakhty.ru” saytına istinadən verdiyi məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində qətlə yetirilən şəxsin başı və bədəni şəhərdəki evlərdən birinin zirzəmisindən tapılıb. Daha sonra onun münasibətdə olduğu şəxslər müəyyənləşdirilib və nəticədə qətli törədən şəxsin kim olduğu aydınlaşıb. Bu, adı açıqlanmayan 39 yaşlı şəhər sakinidir. Sorğu zamanı o cinayəti boynuna alıb. Onun sözlərinə görə, tanışlar evdə birlikdə spirtli içki qəbul ediblər və daha sonra aralarında mübahisə yaranıb. Aralarında dava qızışıb və ev sahibi olan qatil balta ilə azərbaycanlıya bir neçə zərbə var. Törətdiyi hadisənin məsuliyyətindən qorxan yerli sakin onun bədənini bir neçə yerə bölməyə və müxtəlif yerlərə atmağa qərar verib.

Faktla bağlı qəsdlə adam öldürmə maddəsi ilə cinayət işi açılıb. Təqsirləndirilən şəxsi 20 ilə qədər azadlıqdan məhrum edilmə cəzası gözləyir.

Xatırladaq ki, bir neçə gün əvvəl Rostov vilayətinin QRES qəsəbəsində çamadanın içində kəsilmiş insan əlləri və ayaqları tapılıb.

Rusiya hüquq-mühafizə orqanları çamadanın içində olan kişi cəsədinin qalıqlarının 46 yaşlı azərbaycanlıya aid olduğunu açıqlayıblar. Həmin azərbaycanlının həbsxanadan yenicə çıxdığı bildirilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar