Gömrük Komitəsi yanvarın statistikasın açıqladı

0GOMBu ilin yanvar ayında Azərbaycan rezidentləri 99 ölkə ilə idxal-ixrac əməliyyatları həyata keçiriblər. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ay ərzində xarici iqtisadi fəaliyyətlə 456 fiziki şəxs, 1327 hüquqi şəxs məşğul olub. Əməliyyatlarla bağlı 19 min 60 ədəd gömrük bəyannaməsi qeydiyyata alınıb. Bəyannamələrdən 16 min 850-si idxalla, 2210-u isə ixracla bağlıdır. Ay ərzində 1 milyard 852 milyon 38 min ABŞ dolları həcmində ticarət əməliyyatları reallaşdırılıb. Əməliyyatların həcmində ötən ilin eyni dövrü ilə müqayisədə 23,05 faiz azalma müşahidə edilib. 3251 çeşiddə 574 milyon 223,23 min dollarlıq idxal əməliyyatları həyata keçirilib. İdxal əməliyyatlarında ötən illə müqayisədə 7,16 faiz artım, ixrac əməliyyatlarında isə 31,70 faiz azalma olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar