Yanukoviçə qarşı sanksiyaların müddəti uzadıldı

Avropa İttifaqı Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç və onun yaxın ətrafına qarşı tətbiq etdiyi sanksiyaların müddətini uzadıb. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Aİ Şurasının mətbuat xidmətinin bəyanatında deyilir. “Şura aktivlərin dondurulması və Ukraynanın qanunsuz mənimsənilmiş dövlət vəsaitlərinin qaytarılmasına yönəlmiş məhdudlaşdırıcı tədbirlərin müddətini uzadıb”, - deyə bəyanatda bildirilir.

Xatırladaq ki, Avropa İttifaqı 2014-cü ilin martında V. Yanukoviçin, onun ailə üzvlərinin və Ukraynanın bəzi keçmiş dövlət məmurlarının Avropa banklarındakı vəsaitlərini dondurub. Ukraynanın yeni hakimiyyəti eks-prezidenti ümumilikdə 3 milyard dollar həcmində mənimsəmədə ittiham edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar