FHN-də KİTAB QALMAQALI - Nazirlik araşdırma başlatdı

"Əri ölmüş, şəhid olmuş xanımları mühərriklə müqayisə edib aşağılamaq kimə və nəyə lazmdır?"

Fövqəladə Hallar Nazirliyinin (FHN) hərbi hissələrində kitab paylanıb. Criminal.az-a məlumat verən FHN zabiti bildirib ki, kitabın müəllifi polkovnik-leytenant Əbülfəz Kazımov, adı isə ''Mühərrik yağları konkret maşınlarda tətbiqi. Daxiliyanma mühərrikinin quruluşu. Yanma prosesi''dir.

Kitab əsasən FHN-nin Mülki Müdafiə Qoşunlarıın hərbi hissələrinə paylanıb. Kitab hərbi hissədə oxuyanları şoka salıb. Maşın və mühərrik haqda olan kitabda kişi-qadın müsabətləri, cinsi həyat, sexual-dini məslələr yer alıb.

Bəlkə də inanmayacasınız. Amma kitabın səhifələrindən birində belə abzas var: ''Həya on qisimdir. Onun biri qız aybaşı olarkən gedər; ikincisi ərə gedərkən; üçüncüsü uşaq doğarkən; qalanlarını isə qadın özü ilə qəbrə aparar''.

Daha sonra müəlif yazır: ''40 gün dalbadal ət yeyənin əxlaqı, 40 gün dalbadal ət yeməyənin səhhəti pozular''.

Digər səhifədə müəllif mühərrik yağlarından yazaraq belə bir nəticəyə gəlir: ''Çalışın təzə maşın alın. Heç bakirə qızla dul arvad eyni ola bilərmi? Sevgili peyğəmbərimiz Həzrəti Muhəmməd səlləlləhu əleyhi və alihi və səlləm buyurur: ''istəyirsən cavan qalasan, bakirə qızla evlən''. Bəziləri köhnə maşın alanda xalat istəyirlər. Məgər dul arvada toy edirlər?''.

Müəllif başqa bir səhifədə yazır: ''Dörd şey insanı cavan ikən qocaldar, bəzən də öldürər: 1-ci tez-tez cinsi əlaqədə olma; 2-ci toxqarına yemək yemək; 3-cü toxqarına çimmək; 4-cü yaşlı qadınla evlənmək''. Sanki forsajdasan''.

Bundan başqa Ə.Kazımov təzə maşınlara hansı yağın layiq olmasını da dul qadınlar üzərindəəsaslandırıb : ''Kim desə ki, boş sözdür, istənilən yağ növünü başqa yağ növ yağlıarla qarışdırmaq olar, qəbul etməyin. Əlbəttə, dul arvad üçün köhnə avtomobildəki kimi fərqi yoxdur, hansı yağdır, təki tökülsün. Amma təzə maşına təzə və davamlı yağlayiqdir''.

Müəllif Ə.Kazımovun niyə maşın və mühərrik haqda kitabda bu cür üsullarla yazdığı barədə ehtimallarımızı çatdıra bilərik. Əldə etdik ki, müəllif dindardır və hacıdır.

Criminal.az saytına kitab haqda məlıumatı verən məhz FHN-nin dul olan xanım zabitidir. Kitab haqda məlumat verən xanım belə bir sual edib: "Əri ölmüş, şəhid olmuş xanımları mühərriklə müqayisə edib aşağılamaq kimə və nəyə lazmdır?".

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, kitabın yaratdığı reaksiya ilə bağlı məlumat artıq FHN rəhbərliyinə çatdırılıb və müəlliflə bağlı araşdırma başlanılıb.

635x100

Şərhlər

Elcin 2018-06-01 10:48:57

Müellifin dinimiz haqqındakı tesevvürünün natamam olduğu görünür. Peygemberimiz Hezreti Mehemmedin Ayişeden başqa bütün xanımları dul qadınlar olmuşlar. Bu faktın özü çox şey deyir. Sehabelerin de çoxu dul qadınlarla evlenirdiler ki onlar kömeksiz qalmasınlar.

psixoloq 2018-06-01 10:48:57

Ayıb olsun. A kişi bu ne biabrçılıqdır. Zabit hara mollalaq hara

Daşqın 2018-06-01 10:48:57

Bu adamın əsl məqsədi dininmizə, peyğənbərimizə böhtan atmaqdı. Görün kitabına peyğənbətrimizin adından nə qədər yalan ifadələr salıb. Bunu özbaşına etməyib. Yəqin misionerlərin maşasıdı. DTX bu admın əslməqsədini araşdsırmalıdır.

Sevda 2018-06-01 10:48:57

O,adam xəstədir, psixoloji problemi var. Yaxşı olar ki, həkimə müraciət etsin.

o.b.n 2018-06-01 10:48:57

Bu cızma-araya görə yəqin şöhrət nişanı alar.Onları rulandıran ölkədə at oynadan haram pullardı.Hörmətli dul xanım belələrinin sonuna az qalıb onlarada dur deyən papılacaq.

t.ədalət 2018-06-01 10:48:57

Ola bilməz ki,belə murdar xislətli bir adamı işə götürəndə xəbərsiz olublar.Azərbaycan ərazisində gizli də olsa "seyid nigarilər" var və onlar millətin əxlaqını korlamaq üçün çalışırlar.Bəlkə də çap zamanı kimlərsə kitaba seks mətnləri əlavə edib.Çünki mühərrik yağı hara,cinsi münasibət hara?Burda anlaşılmazlıq var.Müəllifin şüuru xəstə olsa belə "malı-mala" qatmaz.Onsuz da ölkədə kitab nəşri üzərində nəzarət yoxdur.Gərəksiz,maklatura zibilinə çevriləcək, heş kimin oxumadığı kitablar saysız-hesabsızdır..

Abdulla Abdullayev 2018-06-01 10:48:57

Ola bilsin ki, bu yoldaşın psixoloji dürümunda problem mövcuddur.Yəqin ki, leytinant Çingiz Babayev də bu kitabi oxumayıb, oxusaydı, belə yazıya və bunu yazana adekvat qiymət verərdi. Əgər oxuyubsa və belə qiymətləndirirsə, bu halda məsələ qəlizləşir........

Mühəndis, 62 yaş 2018-06-01 10:48:57

Allah üzünü qara eləsin ay Əbülfəz molla.(müəllim deməyə dilim də gəlmir).Özü də polkovnik leytenantdır.Görünür bu kitabı öz oğlu üçün yazıb.Ailədə belələrinin nəsihəti elə kitabdakı kimidir.....Belə "dindarların" təhsil müəssisələrində nə işi var, getsin hərəmxanalarda işləsin.Ayıb olsun, belə müəllim -hərbiçiyə.Təcili belə kitablar təhsil müəssisələrindən yığışdırılmalı,dövlət hesabına xərclənən xərclər elə Əbülfəz və ona fətva verənlərin aylıq maaşından tutulsun.Abırsızlar....

vəkil 2018-06-01 10:48:57

bunlarin başi xarab olub artiq ne baş verir yagdəyişməyin dul qadinla nə əlaqəsi var bunlar ayri ayri şeylərdir.FHN də işləyənlər o qədər pullaniblar artig qaşinirlar...

Vulkan 2018-06-01 10:48:57

Qerb olkelelerinde bele bir insident olsa idi, hemin teshkilatin rehberliyi derhal istefa vererdi.

yengibar 2018-06-01 10:48:57

Bu gün kütləvi savadsızlıq, mənəviyyatsızlıq, həyasızlığın məhsulu olan bir kitab Heydərobun kontoruna ayaq açıbsa, demək o yazıçı səviyyəli bir həkim kimisə müalicə etməyə qalxacaq.

turan 2018-06-01 10:48:57

Həcinin də kitabı elə belə olar də...

ehtimal 2018-06-01 10:48:57

bu kitab çox satılacaq zamanla reytingli olacaq

fərziyyə 2018-06-01 10:48:57

deməli müəllifin kitabdan xəbəri yoxdur

Anar 2018-06-01 10:48:57

fikir vermeyin yazdıqlarına öz .... nəzərdə tutub onlarnan müqayisə edib

qulu 2018-06-01 10:48:57

prosto biabırstvo... özü də harda? fhn-də!

OXUCU 2018-06-01 10:48:57

BU KİTABI ƏN AZINDAN 2018-Cİ İL ƏDƏBİYYAT, TEXNİKA, FƏLSƏFƏ ÜZRƏ NOBEL MÜKAFATINA TƏQDİM ETMƏK LAZIMDIR.

Qurd Cəbrayıl 2018-06-01 10:48:57

Bu nazirliyin ləğv olunmasını iddia edənlər haqlıdır, işçiləri bekarçılıqdan avara kitablar yazır., yanğınsöndürmə funksiyası DİN-ə qytarılmalı, büdcədən nəhəng vəsait ayrılan qurum da ləğv edilməlidir. Onda bu adam da gedib dul qadınların mühərrik yağı ilə müqayisəsi haqqında esse yazacaq))))

Millikişi 2018-06-01 10:48:57

Özümə söz vermişdim ki, bir daha ictimailəşdirilən biabırçılıqlara dair şərh yazmayım. Dözə bilmədim. Bu kitab FÖVQƏADƏ FACİƏDİR. Əsəblərim qoymur mənə fikirlərimi olduğu kimi yazmağa, həm də moderator verməyəcək onları. Elmi-texniki tərəqqini dindarlıqla gör nə günə düşürürlər.

SEMED 2018-06-01 10:48:57

muellifin birce adi var ... orqani

Fovqaleda Hallar Nazirliyi zabiti 2018-06-01 10:48:57

Hormetli Nazir mecburam size burdan muraciet edem, bu adam - ebulfez kazimov her herde nazirliyini ve wexen Kemaleddin Heyderovu ozunu Fovqalede Hallar nazirliyi emekdawi kimi her yerde teqdim etmekle biabir edir, eyninde herbi mundir guya dini tebliq edir, bilinmir bu zabitdir ya weyx ellame? kitablarini herbi derslik adiyla amma icinde yari sexs yari din, yari rus kitablarindan tercume olunmuw bezi yaqlara aid tesnifati vermekle herbi hisselere paylayir.Amma sozun heqiqi menasinda bu adamda ,,,,catmir,,,.

Müfəttiş 2018-06-01 10:48:57

Isti aylarda mühərrikdə yağ itgisini, hələ açar tuta bilməyənlər də bilir. Gör kimlər, nədən kitab çap etdirir. Bizim ixtiraçı Şaiq müəllim belə məsələlərə mat qalmasın neyləsin...

G.M 2018-06-01 10:48:57

Cox maraqlidi eziz oxuyucular. Biz niye bu gundeyik? Yazirlar ki Kəmaleddin Heyderov bu kitabi yazani ishden qovub. Nece yeni qovub? Bu insana benzemeyeni cezalandirmaq lazimdi ozude ciddi sekilde. Bele hallar bizim zeif nezaretsiz ishimize sehlankar yanashmagimizin gostericisidir....

Son yazılar