DTX XİN-dəki ƏMƏLİYYATIN VİDEOSUNU YAYDI - Saxlanılanların ad və görüntüləri

Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

"Report" DTX-nin saytına istinadən əməliyyatın görüntülərini təqdim edir.

DTX-nın rəsmi açıqlamasında bildirilib ki, XİN-in ayrı-ayrı strukturlarının fəaliyyətinin təmin edilməsi üçün nəzərdə tutulan dövlət vəsaitlərinin ələ keçirilməsi, müxtəlif fəaliyyət istiqamətləri üzrə, eləcə də xarici ölkə vətəndaşlarının viza müraciətləri ilə bağlı rüşvət alınması və sair hüquqazidd əməllərin törədilməsi ilə bağlı əldə edilmiş məlumatlar araşdırılmış, XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilmişdir.

Məhkəmənin qərarları əsasında, Fərhad Molla-zadənin, Səlim Əlizadənin, Nurupaşa Abdullayevin xidməti və yaşadıqları ünvanlara, habelə dövlət vəsaitlərinin əmtəəsiz əməliyyatlarla mənimsənilməsi üçün yaradılmış hüquqi şəxslərə dair sənədlərin və işlərin görülməsi üçün vəsait ayrılması müqabilində rüşvət ödənildiyi barədə sənədlərin olduğu yerlərə baxış keçirilmişdir. Həmin ünvanlardan XİN-in vəzifəli şəxslərinə qaytarılmış nağd pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, pul vəsaitləri və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülmüşdür.

İstintaq araşdırmaları zamanı Fərhad Molla-zadə və Səlim Əlizadə tərəfindən XİN-in strukturlarının fəaliyyətinin təmin edilməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Həmçinin, Fərhad Molla-zadənin və Səlim Əlizadənin XİN-in təsərrüfat tələbatları üzrə malların alınması, işlərin görülməsi üçün hesablarına pul köçürülən sahibkarlardan həmin vəsaitin müəyyən hissəsi dəyərində rüşvətin istənilərək almalarına dair məlumatlar əldə olunmuşdur.

Bundan başqa, aparılan araşdırmalarla Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayevin vəzifə səlahiyyətlərindən istifadə edərək elektron vizanın tətbiq olunmadığı xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasına gələ bilmələri üçün viza müraciətlərinin təmin edilməsi ilə bağlı qanunazidd hərəkətlər müqabilində müntəzəm rüşvət almasına əsaslı şübhələr müəyyən edilmişdir. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Fərhad Molla-zadə və Səlim Əlizadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma, Nurupaşa Abdullayev rüşvət alma faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

635x100

Şərhlər

Hüquqşünas 2020-07-07 14:22:53

XIN-də rəhbərlik tam dəyşdirilməlidir.Uzun müddətr orada yuva salməş fəaliyyətlərində heç bir irəliləyiş görünməyən müavinləri,idarə rəhbərləri oradan uzaqlaşdırılmalı,səfirlərin kimliyinə,ixtisas.təcrübəsinə və bu işə yararlılıq halına coddo diqqət verilməli.uyğunsuzlar dəyişdirilməlidir.br'hb'rl'ri oradan uzaqla.d;r;lmal;?s'firl'rin kimliyi?milli qar;.;ql;];(anas;?xan;m;) ara;

Dövlətini sevən 2020-07-07 12:46:20

Rüşvətin ən böyüyü Şəki İcra Hakimiyyətindədir, sizin Şəkiyə gəlişinizi səbirsizliklə gözləyirik....

XALQ 2020-07-07 10:01:23

Açığını desək, məyus olduq. Təsərrüfat idarəsindən bir-iki nəfərin həbs olunması heç nəyi həl etməyəcək. XİN-*in probblemləri daha dərindədir, Ramiz Həsənovun rəhbərlik etdiyi Kadrlar İdarəsi rüşvət əlindən od tutub yanır. Ramiz Həsənov həm də inspeksiyaya rəhbərlik edir, orada Ruslan adlı birisi əsl dəlləkliklə məşğuldur......

Cəmşid Dərələyəzli 2020-07-06 17:22:34

Əminik ki, DTX Ölkə Başçısının göstərişləri əsasında Elmar Məmmədyarovun biznes şəbəkəsinin maliyyə mənbəələrini deşifre eder və o layiq olduğu cəzanı alar. Yoxsa bu adamların dedikləri xırda məsələlərdi.

Ədalət 2020-07-06 15:41:28

Həps olanlar kilkələrdi.Akulalar öz işlərin davam edir.

Son yazılar