Razi Nurullayev AXCP adından imtina etdi

Deputat Razi Nurullayevin sədr olduğu partiyanın onlayn qurultayı keçirilib.

“Report” xəbər verir ki, qurultayda Azərbaycan Xalq Cəbhəsi Partiyası adından imtina edilib.

Həmçinin qurultayda Milli Cəbhə Partiyasının (MCP) təsis edilməsi haqqında qərar qəbul olunub.

“Bu addımla biz müxalif düşərgədə ilk həmrəyliyin yaranması istiqamətində addım atmış oluruq. Bütün hərəkatçıları və sağlam cəbhəçiləri çaşqın və məşəqqətli durumda olmaqdan xilas olmağa, birləşmək istiqamətində sağlam düşüncəyə səsləyirik. Eyni zamanda fəal siyasi kəsimə seçim üçün imkan yaradırıq ki, siyasi mübarizələrini sağlam formada və millətə sevgi və dövlətə etiqad prinsipində olan bir partiyada davam etdirə bilsinlər. Hesab edirik ki, MCP-nin yaranması ilə siyasi qüvvələr arasında təmərküzləşməyə nail olmaq və bütün siyasi qüvvələrlə qarşılıqlı əməkdaşlıq mümkündür” – qurultayın bəyannaməsində bildirilib.

635x100

Şərhlər

Şaiq 2020-07-28 20:49:59

Razı məllim, elə bilirdim ki, YAP - ın üzvüsünüz. Çünki, seçkidə müşahidəçiləriniz YAP üzvləri idilər. Elə bilirdim ki, sizi deputatlığa YAP təyin edib. Əsas odur ki, partiyanın adında cəbhə sözü var, cəbhədə vuruşmaq şərt deyil. .............!!!

t.ədalət 2020-07-28 15:30:07

İnsanlar,həqiqətən qəribədir.Onu "rəngləyib" hansısa qurumun içərisinə astırlar,sonra da "yuyub" oradan çıxarırlar.Xüsusi xidmət orqanlarının daha çox "rənglədiyi" adamlar Azərbaycandan çıxır..

Mehdi Bakiliya. 2020-07-28 15:22:42

Men bilirem nece adam istirak edib.24 nefer.Onlarda öz qohum qonsulari.

Mehdi Bakiliya. 2020-07-28 15:22:42

Men bilirem nece adam istirak edib.24 nefer.Onlarda öz qohum qonsulari.

Özgür 2020-07-28 15:09:21

malades

Х - persona 2020-07-28 14:52:14

Может быть АХЧП отказался от этого " Депутата"

pensioner 2020-07-28 13:05:45

Maraqlıdır

BAKILI 2020-07-28 12:45:38

Geresen qurultayda nece nefer iwtirak edib bilen varsa yazsin

Faiq 2020-07-28 12:34:36

O öz adından da lazım gəlsə imtina edə bilər

Son yazılar