İş adamı Mübariz Mənsimovun Azərbaycanda fəaliyyət göstərən bəzi saytlarla qeyri-şəffaf əməkdaşlığı üzə çıxdığı ilə bağlı məlumat vermişdik.
Belə ki, Azərbaycana qarşı söyüş müxalifəti ilə sıx iş birliyində olan Mənsimov paralel olaraq bəzi saytlarla da əməkdaşlıq etməkdədir.
Araşdırmalar zamanı bəlli olub ki, Mübariz Mənsimovun pul paylayanı sabiq hərbçidir. Müdafiə Nazirliyinin Maliyyə şöbəsinin sabiq əməkdaşı hazırda Mənsimovun Bakıdakı “qara kassa”sı funksiyasını oynayır.
Belə ki, həmin şəxs 2012-ci ilədək adı və soyadı Fariz Fəyyazov olan Axundzadə Elçin Rəşid oğludur. 1967-ci ildə Masallı rayonunda anadan olan Elçin Axundzadə 1992-2006-cı illərdə Müdafiə Nazirliyinin Maliyyə İdarəsində xidmət edib, ehtiyatda olan mayordur. Əldə etdiyimiz məlumatlara görə o, Nazirlikdəki maliyyə yeyintilərinə görə işdən uzaqlaşdırılıb.
2021-ci ildən “Zirvə” İslahatlara Dəstək Mərkəzi İctimai Birliyinin sədri olan E.Axundzadə, həm də Dövlət Gömrük Komitəsinin yanında İctimai Şuranın sədr müavinidir. Bəzi mənbələr onun Rusiya Federasiyasında yaşayan talış separatçıları ilə əlaqəsinin olduğunu da söyləyirlər.
Mübariz Mənsimovun müdafiəsində də ciddi iştirak edən Elçin Axundzadə hazırda “Palmali” şefinin Bakıdakı “qara kassa”sı funksiyasını icra edir.
Bakının “20 yanvar” metrosu yaxınlığında yerləşən “Ləvəngi” restoranını özünə ştab seçən Elçin Axundzadə sayt rəhbərləri ilə orada görüşür, danışıqlar aparır.
Qeyd edk ki, sözügedən restoranın sahibinin Qafqaz Müsəlmanları İdarəsinin sədri hacı Allahşükür Paşazadənin şəxsi mühafizə xidmətinin rəisi Hacı Səxavətin olduğu ortaya çıxıb. Mübariz Mənsimovun dostu və həmyerlisi olan Hacı Səxavət həm də AXCP sədri Əli Kərimlinin tələbə yoldaşıdır.
Hazırda hansı saytlarla anlaşıldığına, kimlərə pul ayrıldığına dair dəqiq məlumata malikik.
Mövzuya qayıdacağıq.






***
İş adamı Mübariz Mənsimovun Azərbaycanda fəaliyyət göstərən bəzi saytlarla qeyri-şəffaf əməkdaşlığı üzə çıxıb. Belə ki, Azərbaycana qarşı söyüş müxalifəti ilə sıx iş birliyində olan Mənsimov paralel olaraq bəzi saytlarla da əməkdaşlıq etməkdədir.
Araşdırmalar zamanı bəlli olub ki, Mübariz Mənsimovun pul paylayanı sabiq hərbçidir. Belə ki, Müdafiə Nazirliyinin Maliyyə şöbəsinin sabiq əməkdaşı hazırda Mənsimovun Bakıdakı “qara kassa”sı funksiyasını oynayır. Həmin şəxs hazırda QHT sektorundadır və bir neçə il öncə ad-soyadını dəyişib.
Bakının “20 yanvar” metrosu yaxınlığında yerləşən “Ləvəngi” restoranını özünə ştab seçən mənsimovçular sayt rəhbərləri ilə orada görüşür, danışıqlar aparırlar.
Hazırda hansı saytlarla anlaşıldığına, kimlərə pul verildiyinə dair dəqiq siyahı əlimizdə mövcuddur və bununla bağlı mövzuya yenidən qayıdacağıq.

Şərhlər
Mensimov heckimdi. Guldurdu mesimov adi bandit
M.Məsimova qarşı sizdə bir qısqanclıq var. Ona görə susmağınız məsləhətdir.
Nə istəyirsiniz axı bu Mübariz Mənsimovdan! Yazmağa başqa mövzunuz yoxdu!
Movzuya qayitsaz Mubariz Mensimov gelib sizi de doyecek.Mubariz Mensimov Eldar Mahmudovun atasinin adina gemi buraxannan sonra ne dese bosdu
Öncədən onun dövlətçilyimiz əleyhinə çıxacağı istisna edilmirdi. Bu məsələnin sonuna kimi gedilməli və Mənsimovun kimlərin əli ilə hərəkət etdiyi və tapşırıqlarını yerinə yetirdiyi aydınlaşdırılmalıdır. Mənə elə gəlir ki yenə də izlər Moskvaya aparır...
Birini də mən deyim , eşidsəniz təəcüblənməyin , PKK - bu xəmir çox su aparacaq ,vaxtında bütün işbirlikçilərini ortaya çıxarmaq lazımdır ,sonra gec olacaq , Məsimov bir projedir ,məcburən ortaya atıldı , özüdə bu savaş dövründə
Niye bir defe de rüşvetxor nazirlerden yazmırsız….
Levengi restorani Allahshukur Pashazadenin muhafize xidmetinin reisi sexavetindir
Mübariz Mənsimovun müsahibəsinə baxandan sonra hər şey aydın olur.Görünür onun siyasi iddiası var,ancaq çox dayaz adamdır.
Biri Apa-dı