Menu

HƏMAS-ın məşhur komandirinin ölümü təsdiqlənib - VİDEO

31.01.2025, 11:48
HƏMAS-ın məşhur komandirinin ölümü təsdiqlənib - VİDEO

HƏMAS-ın silahlı qanadı İzəddin-Əl Qəssam Briqadalarının rəhbəri Məhəmməd Deyf və onun yüksək rütbəli komandirləri İsrailin hücumu nəticəsində həlak olublar.

“AzPolitika” xəbər verir ki, bu barədə təşkilatın sözçüsü Əbu Ubeydə məlumat verib.

Məhəmməd Deyf və komandirlərinin 13 iyul 2024-cü ildə İsrailin hücumu nəticəsində öldürüldüyü açıqlanıb.

Hücumda həyatını itirənlərin siyahısı da dərc olunub:

- Məhəmməd əl-Deyf (Qəssam Briqadalarının Baş Qərargah rəisi);

- Mervan İsa (Baş Qərargah rəisinin müavini);

- Qazi Əbu Tamah (Silah və Hərbi Xidmətlər Komandanı);

- Raid Sabit (İnsan Resursları Komandiri);

- Rafi Salame (Xan Yunus Briqadasının komandiri);

- Əhməd əl-Qandur (Şimal Briqada Komandiri);

- Eymen Nevfel (Mərkəzi Briqada Komandiri).

Qeyd edək ki, İsrail ordusu da HƏMAS-ın hərbi qanadının rəhbərinin öldürülmə anlarını paylaşıb. Həmin görüntüləri təqdim edirik:


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol