Menu

Hakim partiyanın deputatı özünü güllələdi

01.04.2025, 17:40
Hakim partiyanın deputatı özünü güllələdi

Rusiyada hakim partiyanın deputatı özünü öldürüb.

“AzPolitika” Rusiya teleqram kanallarına istinadla xəbər verir ki, Vahid Rusiya Partiyasının üzvü, Çelyavbinskdən olan oliqarx Pavel İzbrext silahını yoxlayarkən özü özünə atəş açıb. Nəticədə o hadisə yerində həyatını itirib.

“Baza” kanalının məlumatına görə, aprelin 1-də günorta saatlarında Tsarskaya Oxota atıcılıq kompleksindəki atıcılıq poliqonunda Çelyabinsk Sink Zavodunun 46 yaşlı baş direktoru Pavel İzbrext sürücü və mühafizəçi ilə birlikdə atış meydançasında olub. İzbrext “Blaser” markalı ov tüfənginin boş olub-olmadığını yoxlamaq istəyərək atəş açılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol