"İsrail ordusu keçmişdə olduğu kimi təmizlənmiş və ələ keçirilən əraziləri boşaltmır. Ordu Livan və Suriyada olduğu kimi Qəzzada da təhlükəsizlik zonalarında qalaraq düşmənlə İsrail yaşayış məntəqələri arasında bufer zona rolunu oynayacaq".
"AzPolitika" xəbər verir ki, bu barədə işğalçı İsrailin müdafiə naziri İsrael Katz sosial media hesabından etdiyi paylaşımda bildirib.
O, humanitar yardımların Qəzzaya buraxılamayacağını deyib.
"İsrailin siyasəti aydındır. Heç bir humanitar yardım Qəzzaya girməyəcək..." - deyə, Katz bildirib.
"AzPolitika.info"


Şərhlər