Mayın 21-də İrəvanda Ermənistan Xarici İşlər Nazirliyinin binası qarşısında Ermənistan Avropa Partiyasının təşəbbüsü ilə etiraz aksiyası keçirilir. Aksiyaya sabiq deputat Armen Babacanyan başçılıq edir.
Etirazçılar Rusiyanın xarici işlər naziri Sergey Lavrovun səfəri və onun İrəvanda qəbuluna etiraz edirlər. Onlar əllərində Ermənistan və Avropa İttifaqının bayraqları, Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovun təsvirləri olan, üzərində “Qatillər” sözləri yazılmış plakatlar tuturlar.
Aksiya ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinə əlavə polis qüvvələri yerləşdirilib. Lakin etiraza müdaxilə edilmir.
“AzPolitika.info”

Şərhlər