Menu

Rus ordusunun 2 döyüş təyyarəsi məhv edilib

09.06.2025, 12:29
Rus ordusunun 2 döyüş təyyarəsi məhv edilib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Nijni Novqorod vilayətində yerləşən "Savaşleyka" aerodromuna hücum həyata keçirib. 

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, 9 iyun gecəsi Xüsusi Əməliyyat Qüvvələrinin bölmələri digər müdafiə strukturları ilə birgə aerodroma zərbə endirib. Qeyd olunur ki, Rusiya bu aerodromdan Ukraynaya qarşı hücumlar üçün istifadə edir. Məhz buradan havaya qalxan "MiQ-31K" qırıcıları "Kinjal" aeroballist raketlərinin daşıyıcısıdır.

İlkin məlumatlara görə, hücum nəticəsində düşmənin iki ədəd aviasiya texnikası – ehtimal ki, "MiQ-31" və "Su-30" və ya "Su-34" tipli təyyarələr məhv edilib.

Ukrayna tərəfi əməliyyatın nəticələrinin dəqiqləşdirildiyini bildirib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol