Menu

“Putinə siqnal verməliyik” - Conson

10.07.2025, 13:27
“Putinə siqnal verməliyik” - Conson

Ukraynaya qarşı işğalıçılıq müharibəsinin 4-cü ilində, nəhayət, ABŞ-də Rusiya ilə daha sərt sanksiyalar dilində danışmağa qərar veriblər.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson bəyan edib ki, Vladimir Putin Ukraynada sülhü ciddi şəkildə müzakirə etmək istəmir, ona görə də ABŞ ona müvafiq siqnal göndərməlidir.

Conson ABŞ-nin Rusiyaya qarşı sanksiyalarla bağlı qanun layihəsini belə şərh edib: "Putin ağıllı davranmaq və sülh vasitəçiliyi məsələlərini ciddi şəkildə müzakirə etmək istəmədiyini nümayiş etdirdi. Düşünürəm ki, ona bir siqnal göndərməliyik - bu mənim fikrimdir".

Xatırladaq ki, Co Bayden administrasiyası dönəmində məhz Donald Trampın göstərişilə hərəkət edən Conson spikeri olduğu Nümayəndələr Palatasında Ukraynaya hərbi yardımı əngəlləmək üçün əlindən gələni etdi. Nəticədə hərbi yardım yarım ildən çox yubandığından Ukrayna cəbhədə böyük itkilər verdi və hərbi üstünlüyünü itirdi.

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol