Menu

“Bizi basdırmaq istəyirdilər” - İsrailin hücumlarından sağ çıxan məhbus

24.07.2025, 14:26
“Bizi basdırmaq istəyirdilər” - İsrailin hücumlarından sağ çıxan məhbus

Siyasi məhbus Motəhəre Gunei Evin həbsxanasına edilən raket hücumu ilə bağlı bildirib ki, İran hakimiyyəti qadın məhbusların dağıntılar altında qalmasını istəyib.

O, partlayış zamanı 14 qadınla birgə Evin zindanının ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyinin nəzarətində olan 209-cu bölməsində saxlanıldığını yazıb.

Gunei deyib ki, kameraların qapılarını özləri sındıraraq xilas olublar, halbuki SEPAH qapıların açılmamasını əmr edib. Daha sonra onlar Qərçək həbsxanasına köçürülüblər.

Onun sözlərinə görə, hücum zamanı zərər çəkənlər olsa da, həbsxana rəsmiləri məhbuslara cəmi 10 dəqiqə vaxt verərək, silah təhdidi ilə onları köçürmək istəyiblər. Digər siyasi məhbuslar da həbsxana rəhbərliyinin onları “insan qalxanı” kimi istifadə etdiyini bildiriblər

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol