Menu

Ekvadorda avtomobil yarışı iki nəfərin ölümündən sonra təxirə salınıb

31.07.2025, 22:27
Ekvadorda avtomobil yarışı iki nəfərin ölümündən sonra təxirə salınıb

Ekvadorda "Vuelta Ekvador" avtomobil yarışı üçüncü mərhələdə ölümlə nəticələnən qəzadan sonra bərpa olunmayacaq.

“Report” xəbər verir ki, bu barədə Ekvadorun Avtomobil İdmanı və Kartinq Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, avtomobil yolun kənarından çıxaraq ətrafda dayanan insanlara çırpılıb. Hadisə nəticəsində iki nəfər ölüb, daha 18 nəfər yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol