Menu

Lukaşenko Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar üçün öz formatını təklif edib

08.08.2025, 16:14
Lukaşenko Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar üçün öz formatını təklif edib

Belarus Minskdə Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında danışıqlar təşkil etməyə hazırdır.

“Report” xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko “Time” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Minskdə əvvəllər Ukrayna böhranın həlli üzrə ilk danışıqlar aparılıb və o, hələ o zaman ABŞ-nin prosesə qoşulmasının zəruriliyini qeyd edib.

"Lakin nə Donald Tramp öz ilk prezidentliyi dövründə, nə də Co Bayden danışıqlara qoşulmadı", - o deyib və ABŞ tərəfinin indiki ultimativ yanaşmasını yersiz hesab etdiyini vurğulayıb.

A.Lukaşenko bildirib ki, Rusiya Prezidenti, məsələn, hava atəşkəsinə razılıq verə bilər, lakin bu addımı Ukrayna da atmalıdır.

"Üçlükdə haradasa toplaşın. Tramp, Putin - razılığa gəlin və Zelenskini dəvət edin. Birinci gün Rusiya-ABŞ münasibətləri, ikinci gün isə bu problem barədə danışın", - o qeyd edib.

Şərhlər

Tofiq 2025-08-08 16:37:05

Bu da harda gəldi çırıq üçlüyünü soxuşdurmaq üçün fürsət axtarır.Alə sən nə o..san ki, ona buna ağıl öyrədirsən? Sən get kartofunu yığ tarlada qalıb çürüməsinə. Əşi adam nə qədər sırtıq olarmış. Bunun kimisi yoxdu vallah...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol